""Taliban"ın Pakistan qanadına son qoymağın vaxtı çatıb".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif deyib.
Onun sözlərinə görə, təşkilat təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı çoxsaylı hücumlara görə məsuliyyət daşıyır.
Şərif xarici və daxili elementlərin "anti-Pakistan kampaniyaları" həyata keçirməsindən narahatlığını ifadə edib:
“Xaricdə oturan, dost qiyafəsində olan agentlər Pakistana qarşı təbliğat aparırlar. Bu ciddi təhlükədir. Biz həmçinin xarici qüvvələrin Bəlucistandan Pakistana qarşı sui-qəsd hazırlamasından xəbərdarıq”.
Bu bəyanat amerikalıların getməsindən sonra Əfqanıstanda hakimiyyətə gələn "Taliban"la toqquşmalar fonunda verilib.