Meksikanın cənub-şərqində bir barda atışma nəticəsində 5 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik rəsmiləri məlumat yayıb. 

Qeyd olunur ki, hadisə Villahermosa şəhərində baş verib. Naməlum silahlı şəxslər müəssisəyə daxil olub və daha sonra barda olanları güllələməyə başlayıblar.