ABŞ-də yenidən prezident seçilən Donald Tramp İraqın baş naziri Məhəmməd Şia əl-Sudaniyə nota verdiyi iddia edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Sudaniyə mesajı xüsusi nümayəndə vasitəsilə çatdırılıb. 

İddia olunur ki, Tramp Sudanidən İraqda qeyri-dövlət subyektlərinin əlində silah yayılmasının qarşısını almağı, İraq daxilində İranın dəstəklədiyi qrupların təsirini məhdudlaşdırmağı, İraqın Suriyada yeni administrasiyasının qurulmasına dəstək verməsini istəyib.

Məsələ ilə bağlı mətbuata açıqlama verən açıqlamada Sudani Suriyada qarşıdurma başlayandan bəri "İraqın neytrallığını qoruduğunu" bildirib və "Heç bir kənar tərəfin İraqa iqtisadi və ya təhlükəsizliklə bağlı dəyişiklik və ya islahatlar tətbiq etməyə haqqı yoxdur" deyib.

İraqın baş nazirinin çərşənbə günü rəsmi səfər çərçivəsində İrana gedəcəyi və görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunacağı açıqlanıb.