Londonun ICE birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 2024-cü il oktyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 77 dolları ötüb.

"Unikal" xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 0,88% artaraq 1 barelə görə 77,15 dollar təşkil edib.

Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçersləri 0,59% artaraq barel üçün 74,4 dollar olub.