Xəbər verdiyimiz kimi, Çin prezidenti Si Cinpin Tibetdə baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlərinin gücləndirilməsi barədə göstəriş verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zəlzələnin episentrindən 20 kilometr radiusda 3 şəhər və 27 kənd var ki, burada 6,9 minə yaxın insan yaşayır.
Təbii fəlakətdən sonra seysmoloqlar 49 afterşok qeydə alıblar. Bundan sonra Çin hakimiyyəti turistlər və alpinistlər üçün Everesti bağlayıb.
Xatırladaq ki, Çinin qərbində və Nepalda baş verən zəlzələ nəticəsində azı 53 nəfərin öldüyü bildirilir.
Ağarza Elçinoğlu