Mayotte (Hind okeanında Fransa departamenti) sahillərində iki bərə toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri Marin Le Penin də olduğu barja qarşıdan gələn digər analoji su nəqliyyatı vasitəsilə toqquşub
Toqquşma barja əks istiqamətdə hərəkət edərkən baş verib. Yerli mətbuatın məlumatına görə, barjada olan on nəfər yaralanıb. Marin Le Pen xəsarət almayıb və polis qayığı ilə təxliyyə edilib. Qəza barjaların hərəkətini bir saatdan çox iflic edib. Baxışdan sonra bərə limana qayıdıb.
2024-cü ilin sonunda Fransada aparılan araşdırmaya görə, sağçı partiyanın lideri Marin Le Pen ölkənin ən görkəmli qadını seçilib.