Ötən ilin dekabr ayında BQXK nümayəndələri Bakıda həbsdə olan ermənilərə, o cümlədən Qarabağda separatçı rejimin hərbi-siyasi rəhbərliyinə yenidən baş çəkiblər.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Dekabr ayında BQXK nümayəndələri Azərbaycanda həbsdə olan şəxslərə növbəti dəfə baş çəkiblər, onlara yaxınları ilə danışmaq imkanı verilib", - Ermənistan Qızıl Xaç Cəmiyyətinin kommunikasiya proqramlarına cavabdeh olan Zara Amatuni bildirib.

Ağarza Elçinoğlu