Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib:
- Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;
- Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;
- Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;
- Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 50 manat;
- Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə - 100 manat.