Kubanın şərqindəki Holguin əyalətində silah və sursat anbarında baş verən partlayışlar nəticəsində 13 Kuba əsgəri itkin düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kuba silahlı qüvvələri açıqlayıb.
İtkin düşənlərdən dördünü zabit, doqquz nəfərin isə əsgər olduğu deyilir.
Partlayışlar dünən gecə saatlarında Havanadan 724 km cənub-şərqdə yerləşən Melones kəndində olub. Rəsmilər partlayışa səbəb kimi tikinti sahəsindəki yanğını göstəriblər.
Səlahiyyətlilər hadisənin hələ də araşdırıldığını bildirib.
Ağarza Elçinoğlu