Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!"

*** 11:30

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

"Unikal" xəbər verir ki, başsağlığında deyilir:

"Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq".