Türkiyəli yazıçı Selim İleri vəfat edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazıçı 75 yaşında dünyasını dəyişib.

1970-ci illərdən başlayaraq ədəbiyyatın müxtəlif janrlarında əsərlər yazan İleri ən məhsuldar yazıçılardan sayılır.

O 1998-ci ildə "Dövlət sənətçisi" adına layiq görülüb.