ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli məsələsində Rusiya lideri Vladimir Putinə güzəştə getməyə hazırlaşmır.

"Unikal" xəbər verir ki, bu barədə Tramp administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News"a müsahibəsində bildirib.

Kelloq Trampın məqsədinin Ukraynanın suverenliyini qorumaq olduğunu vurğulayıb. O qeyd edib ki, ABŞ prezidenti münaqişənin ədalətli və dürüst həllini prioritet hesab etməklə yanaşı, nə Putinə, nə də Rusiyaya hər hansı güzəştə getmək niyyətində deyil.

Bundan əvvəl Kelloq deyib ki, Putinlə danışıqlardan imtina ABŞ-nin hazırkı prezidenti Co Baydenin əsas səhvidir. 

Gülayə Mecid