Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında fotolar dərc olunub. 

Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər.