"Moskva AZAL təyyarəsinin qəzası ilə bağlı komissiyanın araşdırmasının nəticələrini gözləyir".

"Unikal" xəbər verir ki,  bunu  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. 

Peskov vurğulayıb ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev iki dəfə telefonla danışıblar, Putin Əliyevdən üzr istəyib.

"İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq aparılır. Müvafiq komissiyanın işinin nəticəsini gözləyirik, mütəxəssislərimiz tam əməkdaşlığı təmin edirlər”, - Peskov qeyd edib. 

O, aydınlaşdırıb ki, Rusiya tərəfi “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı tamamilə obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.

Gülayə Mecid