Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etmiş ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə 1990-cı illərin əvvəllərində Əsədin atası Hafizin xahişi ilə kəşfiyyat xidmətləri tərəfindən hazırlanmış məxfi sənədləri dərc edən suriyalı jurnalist Nizar Nayuf açıqlayıb.
Onun hətta Londonda oxuyarkən də izləndiyi təsdiqlənir.
"Sky News Arabia" telekanalının məlumatına görə, Hafiz gələcək gəlininə etibar etməyib. Hafiz Əsma ilə bağlı inamsızlıq ucbatından kəşfiyyat xidmətlərinə onu Böyük Britaniyada izləməyi və ətrafını öyrənməyi əmr edib.
Bəşər Əsədin həyat yoldaşı Londonda anadan olub və London Universitetinin Kral Kollecini bitirib. Suriya kəşfiyyat xidmətləri onu JPMorgan Bankda işləyərkən britaniyalı kəşfiyyatçının ona köməklik göstərdiyini müəyyən edib.
Ağarza Elçinoğlu