Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun 32 yaşlı hücumçusu Neymar ötən il komandasının forması ilə iki oyunda meydana çıxıb.

"Unikal" "Footmercato"ya istinadən xəbər verir ki, bu qarşılaşmalarda ümumilikdə 42 dəqiqə mübarizə aparan braziliyalı ulduz 101 milyon avro qazanıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında xaçvari diz bağları qopan "sambaçı" 1 il sonra yaşıl meydanlara qayıtsa da yenidən sıradan çıxıb. O, Asiya Çempionlar Liqasının matçında - "Eateqlal"la görüşdə dizaltı vətərlərini zədələyib. Neymarın "Əl-Hilal"la müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.