"Everton" rəhbərliyi komandanın baş məşqçisi Şon Dayçla əməkdaşlığa son qoyub.

"Unikal" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

İngiltərəli mütəxəssisin dörd köməkçisi də işdən azad ediliblər.

Liverpul təmsilçisinə müvəqqəti olaraq 18 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Leyton Beyns və kapitan Şeymus Koulman rəhbərlik edəcəklər.

"Everton" bu gün İngiltərə Kubokunun 3-cü mərhələsi çərçivəsində "Piterboro Yunayted" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:45-də səsləndiriləcək.

Qeyd edək ki, ötən gün Premyer Liqanın daha bir təmsilçisi "Vest Hem" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərmişdi.