Rusiya və Azərbaycan milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu ilə bağlı danışıqları dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb. 

İddia olunur ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) son iclaslarından birində Rusiya Futbol İttifaqı (RFU) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndələri oyunun Bakıda keçirilməsi imkanını müzakirə ediblər. 2025-ci ilin ilk yarısında matçla bağlı rəsmi danışıqlar aparılmayıb. Hazırda isə iki ölkə arasında münasibətlərdəki gərginlik səbəbindən mümkün görüş müzakirə olunmur.