Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) və RFU-nun Azərbaycan və Rusiya komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı danışıqları nəticə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Mənbələr yoldaşlıq oyununun ləğvinə səbəb kimi AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycanla Rusiya arasında yaranmış gərgin münasibətləri göstəriblər: "İki federasiya arasında digər əməkdaşlıq məsələləri də müzakirə olunub. Milli komandalar arasında yoldaşlıq oyunu ilə bağlı rəsmi danışıqlar nəticə verməyib. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları və Rusiya ilə gərgin münasibətlərə görə AFFA mümkün matçla bağlı məsələni müvəqqəti olaraq məhdudlaşdırıb".
Görüşün bu ilin yazında və ya yayında baş tutması planlaşdırılırdı.
Ağarza Elçinoğlu