Suriyanın paytaxtı Dəməşqdə mərkəzi Əməvi məscidində baş verən izdiham nəticəsində ən azı üç nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Aahaber" kanalı məlumat yayıb.
"İzdiham hər kəsin eyni anda ön qapıya qaçması səbəbindən baş verib, o cümlədən biri uşaq üç nəfər ölüb", - mesajda deyilir.
Hadisə nəticəsində çoxlu sayda insan yaralanıb. Ağır yaralananlar xəstəxanaya yerləşdirilib.