İspaniyanın "Barselona" klubunun rəhbərliyində ayrılıq olub.
"Unikal" xəbər verir ki, Kataloniya təmsilçisinin vitse-prezidenti Juli Qiu vəzifəsindən ayrılıb.
Qiunun vitse-prezidentlikdən öz istəyi ilə istefa verdiyi bildirilib.
Qeyd edək ki, Qiu 2021-ci ildən "Barselona"nın vitse-prezidenti idi. İspaniya mətbuatında onun klubun "Nike"la yeni anlaşması ilə bağlı fikir ayrılıqlarına görə vəzifəsindən getdiyini yazılıb.