“Kəpəz” komandası qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, gürcüstanlı Rati Ardazişvili ilə "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb. 26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.