Ander Herrera karyerasını Argentinada davam etdirəcək.
"Unikal" xəbər verir ki, ispaniyalı futbolçu "Boka Xuniors"la anlaşıb.
35 yaşlı yarımmüdafiəçinin "Atletik"dəki iki illik karyerası başa çatıb. O, 2024/2025 mövsümün bütün turnirlərdə 14 oyunda meydana çıxıb.
Qeyd edək ki, Herrara gələn həftə Buenos-Ayresdə tibbi baxışdan keçib müqaviləyə imza atacaq.