İngiltərə Kubokunun üçüncü mərhələsi çərçivəsində "Preston Nort End" və" Çarlton" komandaları arasında şatç planlaşdırıldığının əksinə, yanvarın 11-də şənbə günü keçirilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, oyun meydançanın donması səbəbindən təxirə salınıb. Bu gün yekun qiymətləndirmə aparılıb və səthin futbol oynamaq üçün yararsız olduğu müəyyən edilib. Meydan sahibi "Preston Nort End" meydançanı hazırlamaq üçün həftəboyu çox çalışsa da, sıfırın altındakı temperatur mənfi meydanı hazır vəziyyətə gətirməyə mane olub. Yaxın günlərdə bölgədə hava istiləşməyəcək, ona görə də oyun təxirə salınıb.
Qarşılaşma 14 yanvarda keçirilməlidir.