Prezident seçkilərinin ikinci turunun keçirildiyi Xorvatiyada seçki məntəqələrində səsvermə başlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu post uğrunda mübarizə hazırkı prezident Zoran Milanoviç (birinci turda səslərin 49,09 faizi) ilə keçmiş elm, təhsil və idman naziri Draqan Primorak (19,35 faiz) arasında gedir.

Hər iki namizəd formal olaraq partiyasızdır: Milanoviç faktiki olaraq ən böyük müxalif Sosial Demokrat Partiyasına rəhbərlik edir, Primorak isə hakim Xorvatiya Demokratik İttifaqının tam dəstəyini alıb.

Qeyd edək ki, Xorvatiya prezidenti beş il müddətinə seçilir, o, əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir, daxili və xarici siyasəti hökumət müəyyən edir.