Meksikanın qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Kolima şəhərindən 88 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 86 km dərinlikdə yerləşib

Tələfat və dağıntılar barədə məlumat yoxdur.