Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.