“Qazprom” mərkəzi ofis işçilərinin təxminən 40%-ni işdən çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov təsdiqləyib.

O, bununla bağlı əlavə şərh verməkdən imtina edib. 

Məlumata görə, "Qazprom" administrasiyasının sayı 20 il ərzində 4,1 min nəfərə yüksəlib. İxtisarlardan sonra təxminən 2,5 min nəfərin qalması təklif olunur.

Ağarza Elçinoğlu