İranın Sərdəşt şəhərinin sərhəd zolağında çəkisi təxminən 77 kq olan 15 bağlamada partlayıcı maddə, 5000 elektron detonator və 10 ədəd kamikadze kürək çantası aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Fərəcə sərhəd zastavasının komandiri Əhməd Əli Qodarzi açıqlayıb. 

"Sərdəşt Sərhəd Alayının sərhədçiləri terrorçu qrupların hərəkətləri barədə xəbər alan və bir neçə sərhəd pozucusunu müşahidə etdikdən sonra dərhal kəşfiyyat və əməliyyat qruplarını qeyd  edilən yerə göndəriblər. Sonda sərhədçilərin qətiyyətinə görə terrorçular sərhədçilərlə qarşı-qarşıya qala bilməyib, coğrafi mövqedən və qaranlıqdan istifadə edərək oradan qaçıblar". 

Ağarza Elçinoğlu