Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Unikal" xəbər verir ki, avronun məzənnəsi 0,7 % artaraq 1,7426 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,9 % azalaraq 1,6534 manat təşkil edib.