FİFA İspaniyanın 2 klubuna cəza tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Dünyanın ali futbol qurumu La Liqa təmsilçiləri "Malyorka" və "Rayo Valyekano"ya qışda transfer gerçəkləçdirmək qadağası qoyub.
Məlumata görə, bu xəbər hər iki klub üçün gözlənilməz və təəccüblü olub. "Rayo Valyekano"dan bildirilib ki, onlar FİFA-nın bu qərarı barədə ilk dəfədir eşidirlər.
"Malyorka" rəhbərliyi isə FİFA-nın qərarını inzibati xəta hesab edir və transfer qadağası ilə bağlı kluba heç bir rəsmi bildiriş gəlmədiyini bildirir.