15 yanvar tarixində Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid olan və xidmətdən kənarda olan sanitar avtomobilin qapısında nasazlıq yarandığı üçün təmir məqsədilə Sumqayıt bölməsinin qarajına təhvil verilib.

Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Unikal"ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, təmirdən sonra isə təcili tibbi yardım avtomobili xəttə buraxılıb.

***

10:01

Sumqayıt şəhərində təcili tibbi yardım avtomobilinin sürücüsü yolda təhlükəli addım atıb.

"Unikal"ın məlumatına görə, 90-JX-608 dövlət qeydiyyat nişanlı ambulans qapısı açıq halda hərəkət edib.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.

Seymur Əli