“Şamaxı”dan ayrılan Qurban Səfərovun karyerasını davam etdirəcəyi bəlli olub.

"Unikal" xəbər verir ki, gənc futbolçu  “Qarabağ”ın əvəzedici komandasında oynayacaq.

Səfərov “Operativ Media”ya açıqlamasında xəbəri təsdiqləyib. O, 1-ci Liqa klublarından təkliflərinin olduğunu, amma, orada çıxış etmək istəmədiyini bildirib.

20 yaşlı yarımmüdafiəçi “Şamaxı”nın yetirməsidir.