Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.
"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, iki qardaş ölkənin hərbçiləri Naxçıvan və İğdır bölgələri arasında yerləşən “Dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.
“Biz “bir millət, iki dövlət” kəlamı kontekstində bir yumruq kimi hərəkət etməyə, bir ürək kimi döyünməyə davam edəcəyik”, - deyə Türkiyə Müdafiə Nazirliyində bildirilib.
"Tek Millet, İki Devlet” anlayışımızla “tek yürek, tek bilek, tek yumruk” olarak çalışmaya devam edeceğiz!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 16, 2025
📍Dilucu/Iğdır
Kış Tatbikatı-2025’e katılacak Azerbaycan Silahlı Kuvvetleri personeli Hasret Köprüsü’nde 5’inci Hudut Tugay Komutanlığı personeli tarafından karşılandı.… pic.twitter.com/5QxhXLoQWo