"Bayern Münhen"in idman direktoru Maks Eberli vinger Leroy Sane haqda danışıb.
"Unikal" fanat-a istinadən xəbər verir ki, klub funksioneri “Hoffenhaym ilə matçda (5:0) dubl edən ulduz futbolçunun qışda komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı cavablandırıb.
Tanınmış insayder Florian Plettenberq onun dediklərini belə çatdırıb:
"Sanenin "Bayern"dəkı gələcəyi? Biz heç vaxt deməmişik ki, onu klubda görmək istəmirik. O, dünya səviyyəli oyunçudur, bunu çox gözəl başa düşür. Sane “Hoffenhaym”la matçdakı kimi oynayarsa, o, “Bayern”ə lazım olan futbolçudur”.
Qeyd edək ki, 29 yaşlı Sane bu mövsüm "Bayern"in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.