Hindistanın Tamil Nadu ştatında öküz yarışı zamanı 7 nəfər ölüb, 400-dən çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu  barədə "Times of India" nəşri məlumat dərc edib. 

"Ştatın müxtəlif yerlərində baş verən öküzlərin əhliləşdirilməsi tədbirləri zamanı altısı tamaşaçı olmaqla 7 nəfər həlak olub, 400-dən çoxu isə yaralanıb ", - məlumatda deyilir.

Hindistanın Tamil Nadu əyalətində hər il “Callikattu” festivalı keçirilir.