Türkiyənin “Fənərbağça” komandasının futbolçusu Linkoln Henrike İstanbul təmsilçisini tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə 26 yaşlı braziliyalı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.
O, azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Linkoln Henrike 2022-ci ilin yayında “Fənərbağça”ya keçmişdi.