Saat 17:00-a olan məlumata əsasən hazırda Qax (Sarıbaş), Şəki (Kişçay), Xınalıq, Qusar, Qrız, Şahdağda arabir qar yağır.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Qrız, Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 1 , Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.
***11:37
Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub. Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib və küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.