Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yol haqqında həbs qətimkan tədbiri seçib.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, yanvarın 15-də Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib.
Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.