Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenskinin qulluqçusu olmayacağını bildirib və Avropa İttifaqından Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu deyib.
"Unikal" xəbər verir ki, o bu barədə "Facebook"da yazıb.
“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır. Mənim vəziyyətimdə oxu daşa dəydi. Robert Fitso Slovakiyanın baş naziridir, Ukrayna qulluqçusu deyil”, - deyə o yazıb.
O, Ukraynanın Avropaya qaz tranzitini dayandırdığı üçün Aİ-dən Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu qeyd edib.