Biləsuvar rayonunda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Hüseynov İslam Vidadi oğlunun idarə etdiyi "Mercedes 190" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı kanala yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Hüseynova Nigar İxtiyar qızı və Mirzəyev Məmmədhəsən Əhmədağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb və onlar dərhal rayon xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev