100-dən çox slovak psixoloq və psixiatrdan ibarət qrup Slovakiyanın baş naziri Robert Fitsoya açıq məktub ünvanlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  müəlliflər məktubda siyasətçinin ictimai davranışını və çıxışlarını tənqid edib, ona özünü təhlil etməyi və ya siyasi karyerasını bitirməyi təklif ediblər. 

Psixoloqlar Fitsonu faktlarla manipulyasiya etməkdə və onun siyasəti ilə razılaşmayan siyasi rəqiblərə, jurnalistlərə və vətəndaşlara aqressiv hücumlar etməkdə ittiham edirlər.

Gülayə Mecid