Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlərin sayının 76-ya yüksəldiyini bildirib.

"Unikal" xəbər verir ki, ölənlərdən 52-nin şəxsiyyəti müəyyən edilib. Onlardan 45-nin meyiti yaxınlarına təhvil verilib.

İndiyədək aparılan istintaq zamanı 9 nəfər saxlanılıb.

*** 16:22

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Boluda Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

"Hoteldə baş verən yanğında 66 nəfər həlak oldu, 51 nəfər yaralandı. Çox təəssüf edirik. Yanğın söndürülüb, soyutma işləri davam edir", - nazir qeyd edib. 

***09:54

Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində gecə saatlarında yanğın baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb. 

Bildirilib ki, 12 mərtəbəli hotelin taxta fasadı yanğını sürətləndirib.

Hadisədən sonra ərazidə səhra xəstəxanası yaradılıb.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğına qarşı mübarizə müxtəlif ictimai qurum və təşkilatlardan 267 personal ilə davam edir.

Ağarza Elçinoğlu