Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 seçici var.

MSK sədri onu da əlavə edib ki, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.

M. Pənahov deyib ki, 5 min 734 seçki məntəqəsində səsvermə həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-dadır. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzv seçiləcək.