İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
General istefa ərizəsini İsrailin müdafiə naziri İsrael Katza təqdim edib.
O, İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-də üzləşdiyi uğursuzluğa görə məsuliyyəti qəbul etdiyini bildirib.