Çin Xalq Respublikasının (ÇXR) Qansu regionunun UNESKO Assosiasiyasının prezidenti Du Yongjun Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində qonaqla görüşən Universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin hədəfləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor deyib ki, ADAU beynəlxalq ali təhsil müəssisələri və şirkətlərlə kadr və mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.
Görüşdə Çində yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, universitetin dayanıqlılıq siyasətinə uyğun olaraq, karbon emissiyasının azaldılması istiqamətində birgə fəaliyyət və yeməli göbələklərin birgə tədqiq olunması məsələləri müzakirə olunub.
Du Yongjun Aqrar Universitetdə olmaqdan məmnun olduğunu bildirərək, birgə fəaliyyətin müəyyənləşdirilməsi istiqamətində fikirlərini səsləndirib.
Görüşdən sonra qonaq ADAU-nun Tədris-təcrübə təsərrüfatına baş çəkib.
ADAU Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək - FOTOLAR

16:00 22-01-2025
CƏMİYYƏT




Digər Xəbərlər
2025-02-23 10:33:27

2025-02-23 10:04:44

2025-02-23 09:32:13

2025-02-23 09:06:25

2025-02-23 08:42:45

2025-02-23 08:22:16
.jpeg)
2025-02-22 22:54:30

2025-02-22 22:41:00

2025-02-22 22:12:59

2025-02-22 20:12:31
2025-02-22 19:13:50

2025-02-22 17:02:00

2025-02-22 16:25:00

2025-02-22 15:40:00

2025-02-22 13:52:05

2025-02-22 13:13:20
.jpg)
2025-02-22 12:46:00

2025-02-22 12:32:44

2025-02-22 12:08:27
