Yanvarın 7-də polisin Bakı İdman Sarayından tapdığı 10 min manat məbləğində pul Millimizin sabiq basketbolçusu, "Quba" komandasının məşqçisi Zaur Paşayevə məxsus olub. 

"Unikal" xəbər verir ki, bu barədə o, prosport.az-a müsahibəsində deyib.

"Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib "Quba" komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun", - deyə Z.Paşayev qeyd edib.