"Ermənistan sülh gündəmini təbliğ edir".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
Rubinyan jurnalistin "müharibə olarsa, Ermənistana kim kömək edəcək?" sualına belə cavab verib: "Birincisi, müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik, ikincisi, hər şeyi etməliyik ki, bizə hücum olarsa, onunla qarşılaşmağa hazır olaq. Üçüncüsü, elə etməliyik ki, beynəlxalq birlik də bütün səylərini sərf etsin ki, belə bir şey olmasın.
Ona görə də Ermənistan sülh gündəmini təbliğ edir, Ermənistan gündəmdəki bütün məsələlərin həllini özündə əks etdirən təkliflər təqdim edib. Ermənistan müdafiə imkanlarında islahatlar aparır. Ermənistan diplomatiya və xarici əlaqələri şaxələndirir və s."
Rusiyanın Ermənistanın Aİ-yə doğru hərəkət edərək “Titanik”ə bilet alması ilə bağlı bəyanatına toxunan Rubinyan Rusiyanın səhv etdiyini bildirib.
Ağarza Elçinoğlu