Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon Məhkəməsinin keçmiş hakimi Elsun Əhmədov məhkəmə zalındaca həbs olunub.

"Unikal" xəbər verir ki, o, rüşvət almaqda təqsirləndirilib. E. Əhmədov məhkəmədə özünü təqsirli bilməyib və məhkəmədən bəraət istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onu təqsirli sayıb. E. Əhmədovun ittiham olunduğu CM-in 311.3.3 maddəsində cəza 8 ildən başlasa da, ona minimum həddən aşağı - 5 il həbs cəzası kəsilib.

O, 2024-cü il fevralın 6-da saxlanılıb. İstintaq və məhkəmə gedən dövrdə onun ev dustaqlığında qalmasına qərar verilib.