“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi Joarlem Batista Santosun keçidini rəsmiləşdirib.
Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.
29 yaşlı futbolçu son olaraq Portuqaliya "Şaveş"inin şərəfini qoruyub.